Ölkə 21:01 17.10.2018

Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

Həbsdə olan video bloqer Mehman Hüseynovun Apellyasiya şikayəti təmin olunmayıb.

Qaynarinfo  bakupost-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün keçirilən iclasda Qaradağ məhkəməsinin qərarını qüvvədə saxlayıb və o, azadlığa buraxılmayıb.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.