phrase_var_qaynar. 17:02 15.12.2017

Məhkəmə polis rəisi barəsində DİN-ə müraciət ed

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səkinə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, Səkinə İsmayılovanın cinayət işi üzrə şahid qismində tanınan Vəfa Məmtiyeva dəfələrlə məhkəməyə çağırılmasına baxmayaraq, prosesə gəlməyib.

Buna görə onun barəsində uzun müddətdir ki, məcburi qaydada gətirilmə qərarı çıxarılıb. Lakin Xətai Rayon Polis İdarəsi şahidin məhkəməyə gətirilməsi haqqında qərarı icra etmir. Buna görə də idarənin rəisi barəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət göndərilməsi barədə qərar qəbul etdik.

Qeyd edək ki, S. İsmayılova özünü falçı kimi təqdim edərək, zərərçəmiş Təyminə Abdullayevanın ayrı-ayrılıqda 110 min manat məbləğində pulunu ələ keçirib.



Oxşar xəbərlər