Xəbər lenti

Dünya 13:34 11.08.2023

Məhkəmə prezidentliyə namizədin qətlində şübhəli bilinən 6 nəfəri həbs etdi

Məhkəmə Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionu öldürməkdə şübhəli bilinən 6 nəfərin həbsinə qərar verib. Onların cinayətin baş vermə şəraitinin araşdırılması başa çatana qədər həbsdə qalacaqları deyilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
 
Ekvador prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, məhkəmə qətldə şübhəli bilinən 6 nəfərin müvəqqəti həbsinə qərar verib. Prokurorluğun təhqiqatı 30 gün davam edəcək”, – Baş prokurorluğun açıqlamasında deyilir.

"Associated Press” polisin hesabatına istinadən yazır ki, Kolumbiyadan gələn altı kişi Kitodakı evdə həbs edilib. Polisin qeydlərinə görə, onlardan dörd silah, 5,56 millimetrlik snayper tüfəngi, bir neçə qutu döyüş sursatı və üç qumbara götürülüb.

Xatırladaq ki, Fernando Vilyavisensionun qətli avqustun 9-da Ekvadorun paytaxtı Kito şəhərində keçirilən aksiyanın sonunda baş verib. Sosial şəbəkələrdə mühafizəçilərin və tərəfdarlarının əhatəsində olan siyasətçinin avtomobilə necə gedərək mindiyini əks etdirən video yayılıb. Sonra atəş açılır. Üç güllə siyasətçinin başına dəyib. Atışma zamanı daha 9 nəfər yaralanıb. Ekvadorun hazırkı prezidenti Gilyermo Lasso respublika miqyasında fövqəladə vəziyyət elan edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->