Ölkə 16:21 12.04.2019

Məhkəmə sabah toy olacaq evi uçurtdurdu (AÇIQLAMA)

Abşeronun rayonunun Saray qəsəbəsində sabah toyu olacaq şəxsin evi dağıdılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda foto və xəbəri sosial şəbəkədə jurnalist İlkin Pirəli paylaşıb. 

O, bildirib ki, icra başçısı İradə Gülməmmədova sabah toy keçiriləcək evi uçurulması göstərişini verib: 

"Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər”.

Xəbərdə bildirilir ki, gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb və ailə 1999-cu ildən həmin evdə yaşayırmış.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən demokrat.az-a bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb: "Abşeron rayon İcra Hakimiyyətinin başçısı ev uçurtmur. Dövlətin qanunları var. O qanunların icrasını isə məhkəmə icraçıları həyata keçirir. Bu məsələ ilə bağlı da məhkəmənin qərarı var".