Ölkə 12:21 14.04.2019

Mehman Hüseynov xaricdə qardaşı ilə görüşdü

Bir müddət əvvəl həbsdən çıxan blogger Mehman Hüseynov 8 ildən sonra ölkəni tərk edib.

Qaynarinfo xəbər verir ki, o, İsveçrədə mühacir həyatı yaşayan qardaşı Emin Hüseynovla görüşüb.

M.Hüseynov bu barədə özünün "Facebook" hesabında bildirib: "Nəhayət ki, illər sonra qardaşımla görüşə bildim. Yuxu kimi gəlir mənə. Həbsxanada olarkən fikirləşirdim ki, bir də heç vaxt onu canlı görə bilmiyəcəm. Mənim vasitəm ilə ona hədə qorxu gəlirdilər, təzyiq edirdilər. Amma o geriyə addım atmadı, sona qədər məni müdafiə etdi. Çox maraqlı hisslər keçirdim. Xoşbəxtəm. Çox təəsüf ki, anam bu günləri görə bilmədi...Əminəm ki, anamın ruhu çox xoşbəxt oldu bu an".