Foto 14:39 16.01.2019

Mehriban Əliyeva Fransanın sabiq prezidenti ilə görüşüb (FOTOLAR)

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva yanvarın 16-da Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüşdə Nikola Sarkozinin prezidentlik fəaliyyəti dövründə Fransa-Azərbaycan əlaqələrinin uğurlu inkişafında Mehriban Əliyevanın rolu vurğulanıb. 

Qeyd edilib ki, Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyəti və eləcə də Heydər Əliyev Fondu tərəfindən Fransada mühüm humanitar layihələrin həyata keçirilməsi əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə böyük töhfə verib.

Görüşdə eyni zamanda bildirilib ki, Nikola Sarkozinin prezidentliyi dövründə Azərbaycan və Fransa dövlət başçılarının ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdikləri fəaliyyət nəticəsində ölkələrimiz arasında əlaqələr bir çox sahələrdə genişlənib.