Video 13:02 08.05.2019

"Mehriban xanımın münasibət bildirməsinə görə çox şadıq" (VİDEO)

"Ötən gün axşam saatlarında Birinci vitse-prezident Mehriban Əliyevanın "Salaam Cinema Baku"nun yerləşdiyi bina ilə bağlı açıqlaması bizim üçün sürpriz oldu".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Salaam Cinema Baku"nun səlahiyyətli nümayəndəsi Leyli Qafarova deyib.

O bildirib ki, məsələnin həllinə dövlət tərəfindən tez bir zamanda reaksiya verilməsi çox xoş olub: "Hazırda bizim işıqlarımız kəsilib və çalışırıq ki, məsələni həll edək. Bizim problemimizə tez bir zamanda reaksiya veriləcəyini gözləmirdik. Mehriban xanımın münasibət bildirməsinə görə çox şadıq. Bu məsələdə bizim yanımızda olan hər kəsə təşəkkür edirik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq".

K.Qafarova ictimaiyyətə də öz təşəkkürünü bildirib: "Xüsusilə, gənclərin bizim yanımızda olmasına görə onlara təşəkkür edirik ki, bizi tək qoymadılar".