Maqazin 11:52 06.09.2018

Mehriban Xanlarova ARB TV-də aparıcılıq edəcək

Yeni mövsümə olduqca iddialı başlayan ARB telekanalında aparıcılıq edəcək daha bir məşhurun adı məlum olub.

Qaynarinfo xəbər verir ki, uzun müddətdir adı aparıcı olacağı ilə hallanan əməkdar artist Mehriban Xanlarova bu mövsüm ARB TV-nin ekranlarında olacaq.

Maraqlı proyektlə tamaşaçıların qarşısına çıxacaq əməkdar artistin, telekanalda hansı proqrama aparıcılıq edəcəyi hələ ki, məlum deyil.