Sənət 15:47 28.08.2016

Mehriban Xanlarovanın hamıdan gizlətdiyi sirr: “Şahmar aramızda...”

Əməkdar artist Mehriban Xanlarova mərhum xalq artisti, aktyor və rejissor Şahmar Ələkbərovla bağlı maraqlı açıqlama verib. Publika.az-a danışan aktrisa keçmişi açıb-töküb:
 
“Rəhmətlik Şahmar Ələkbərov ölümündən əvvəl, məni ona həvalə olunan “Yük” filminə çəkəcəkdi. Amma elə oldu ki, amansız ölüm imkan vermədi, o dünyasını dəyişdi və film rejissor Rövşən Almuradlıya verildi. Baxmayaraq ki, mən baş rola təsdiqlənmişdim, Rövşən Almuradlı o rolu mənə yox, başqa aktrisaya verdi. Mənə isə epizodik bir rol təklif etdi. Mən qırğın elədim və çıxıb getdim. O vaxtdan indiyə qədər bu küskünlük içimdə qalıb.
 
Şahmarın xahişi ilə bir filmdə də çəkilmişəm. Hansı ki, o rolda çəkilmək istəmirdim. Amma demiyəcəm hansı filmdir, Şahmar məni niyə məcbur etdi, çünki bu Şahmarla mənim aramda ölənə qədər sirr olaraq qalacaq".

Qaynarinfo.Az