Ölkə 18:49 05.03.2020

Mehriban Zeynalova: "Əməyimin yüksək qiymətləndirilməsi məni çox sevindirir"

"Qadın hüquqları müdafiəsi sahəsində Beynəlxalq Qadınlar günü ərəfəsində dövlət başçısından təltif almaq xoş duyğudur".

Qaynarinfo xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilən "Təmiz Dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyib.

O bildirib ki, əməyinə Prezident tərəfindən qiymət verildiyini görmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur.

"Bu günə qədər heç bir qarşılıq gözləmədən dövlətimə xidmət etmişəm. Əməyimin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Bu cür qiymətləndirilmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur.

Bundan sonrakı fəaliyyətimdə də cənab Prezident İlham Əliyevin mənə verdiyi yüksək dəyəri stimul olaraq qəbul edəcək, ölkəm, vətənim və millətim üçün daha da faydalı olmaqla bağlı vicdanım qarşısındakı sözümü bundan sonra da tutmağa çalışacağam”.