Ölkə 20:45 09.09.2017

Məhsul bol, qiymət isə ucuz (VİDEO)

Zaqatalada fındıq yığımına başlanılıb.

"Qaynarinfo" "Xızır TV"yə istinadən xəbər verir ki, fermerlər bolluğa görə razı qalsalar da, fındığın qiyməti onları qane etmir. Çünki bu il qiymət 2 dəfə aşağı düşüb. Ötən ilin bu vaxtı fınığın bir kiloqramı 4-5 manata alınırdısa, bu il bu rəqəm 2-3 manat aradında dəyişir.

Bəzi kəndlilər məhsulu yığan kimi yerində satmaga üstünlük verir, bəziləri isə qiymətin artacağını gözləyir.

Əksər fındıq bağları yaşayış yerlərindən kilometrlərlə aralıda yerləşdiyindən yığım zamanı fermerlər elə bağlardaca, düzəltdikləri alaçıq və çadırlarda gecələyir. Əks halda yerə tökülən fındıq mövsüm boyu gəmirici və çaqqal kimi ziyanvericilər tərəfindən yeyilir. Təsərrüfat sahibləri məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün güclərini səfərbər ediblər.

Qaynarinfo.Az