Dünya 12:31 23.10.2018

Meksika Villa qasırğası ilə üz-üzə

Meksika sahillərinə yaxınlaşan Villa qasırğasının şiddəti artmağa davam edir.

Qaynarinfo xəbər verir ki, qasırğanın gücünün 5-ci kateqoriyaya çatması gözlənilir. Güclü yağışlar, daşqın və sellər proqnozlaşdırılır. Bəzi bölgələrdə minlərlə insan təxliyyə edilib.

ABŞ Milli Qasırğa Mərkəzi Villanın ölümlərə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 

Villa bu gün və və ya sabah ölkənin qərbindəki Mazatlan və Puerto Vallartaya çatacaq.

Gülşən