Dünya 09:37 09.08.2019

Meksikada 20 nəfərin meyiti aşkar olunub

Meksikanın Miçoakan ştatında 20 nəfərin meyiti aşkar olunub.
 
Qaynarinfo xəbər verir ki, bu barədə ştatın təhlükəsizlik naziri İsrael Patron məlumat yayıb.
 
O bildirib ki, əvvəlcə 3 meyit Uruapan şəhərinin fərqli yerlərində aşkarlanıb. Daha sonra körpüdən asılı 9 meyit tapılıb. 

7 meyit isə hissələrə bölünmüş halda aşkarlanıb. Onlarda güllə yaralarının olduğu müəyyən edilib.