Dünya 11:41 28.09.2020

Meksikada barda qanlı atışma: 11 nəfər öldürüldü

Meksikada növbəti dəfə son dərəcə qanlı atışma baş verib.


Qaynarinfo xəbər verir ki, Quanaxuato əyalətindəki naməlum şəxslər barda 11 nəfəri güllələyiblər. Bu haqda "El Universal” nəşri yazıb.


Ölənlər arasında 4 qadın, 7 müxtəlif yaşda kişi var. Sağ qalan bir qadın xəstəxanaya yerləşdirilib, həkimlər onun bədənindən güllələri çıxarıb. Prokurorluq istintaq başladıb.

 

Qeyd edək ki, ötən həftə sonu Meksikada azı 39 nəfər güllələnib.