Dünya 09:46 02.06.2018

Meksikada patrul xidmətinə hücum: 6 polis öldürüldü

Meksikada Salamanka şəhərində 3 nəfər polis əməkdaşlarına silahlı hücum təşkil edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, patrul xidməti həyata keçirən polislərin maşını atəşə tutulub. Nəticədə 6 polis dünyasını dəyişib.

Hadisənin kim tərəfindən törədildiyi və səbəbi hələlik qeyri-müəyyəndir.

Gülşən