Video 11:57 27.03.2019

Meksikada pirotexnika bazarı yandı: partlayış anının görüntüləri (VİDEO)

Meksikanın Çimaluakan şəhərində pirotexniki məhsulların satıldığı bazar yanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, alovun hündürlüyü 10 metrə qədər yüksəlib. Dəhşətli partlayışların ardından əraziyə yanğınsöndürmə briqadaları, təciliyardım maşınları və hərbçilər cəlb olunub.

İnsan təlafatı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, analoji hadisə 2016-cı ildə də baş vermiş və 40 nəfər həyatını itirmişdi.