Dünya 15:05 27.03.2018

Məktəblərdə irqçiliyi sonlandıran qadın vəfat etdi

ABŞ-da ağdərili uşaqların getdiyi məktəbə müraciət edərək qaradərili uşaqların hüquqları uğrunda mübarizə aparan Linda Braun 76 yaşında vəfat edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Braun 1951-ci ildə Kanzasda evinin yaxınlığındakı məktəbə dəri rənginə görə qəbul edilməmiş, 4 km uzaqlıqdakı təhsil müəssisəsində oxumağa məcbur olmuşdu. Atasının təşəbbüsü ilə 1954-cü ildə başlanılan "Braun - Təhsil sisteminə qarşı" adlı məhkəmə prosesi nəticəsində ABŞ Ali Məhkəməsi ölkədəki məktəblərdə irqi ayrı seçkiliyə son qoymuşdu.

Gülşən