Təhsil Nazirliyi Bakıdakı məktəblərdə pəncərələrin ləğv edilməsi iddialarına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov faktı təkzib edib. O, bu barədə sosial şəbəkədə yazıb ki, yayılmış məlumat tamamilə yalandır:

"Heç bir pəncərə bağlamaqdan söhbət gedə bilməz”.

Xatırladaq ki, iddialara görə, 162 saylı orta məktəb şagirdi Elina Hacıyeva özünü məktəbin pəncərəsindən ataraq intihar etdikdən sonra Təhsil Nazirliyi pəncərələrin bağlanması haqda qərar çıxarıb.