Ölkə 09:43 14.03.2020

Məktəblərdə tətil hansı tarixə qədər uzadılacaq? – Təhsil eksperti

Koronavirusla bağlı orta məktəblər üçün elan edilən tətil günləri martın 27-dən aprel ayının 15-ə kimi uzadılacaq. 

Bu barədə Qaynarinfo-ya təhsil eksperti Kamran Əsədov Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovun "təhsil müssisələrində tətil günləri uzadıla bilər” fikirini şərh edərkən bildirib:

"Tətil günləri martın 27-dən aprel ayının 15-ə kimi uzadılarsa, bu da ən azı dərslərin iyun ayının sonuna, yəni 30 iyuna qədər məcburi olaraq uzadılmasına gətirib çıxaracaq. Eyni zamanda qəbul imtahanlarının vaxtı da dəyişəcək”.

Bahar Rüstəmli