Ölkə 10:58 05.03.2014

Məktəblilərin mart tətili neçə gün olacaq?

Təhsil Nazirliyi orta məktəblərin yaz tətili günlərinin müddətini açıqlayıb.

Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, orta məktəblərdə yaz tətili martın 17-dən başlayır.

5 günlük iş həftəsi ilə işləyən məktəblərdə dərslər martın 27-si, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 26-sı başlayır.

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü sayılır.

Qaynar.info