Ölkə 14:35 09.04.2019

Məktəblinin intiharı ilə bağlı iki nəfər istintaqa çağırıldı

Paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir.

Qaynarinfo movqe.az-a istinadən xəbər verir ki, bu gün Elina Hacıyevanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb. 

Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası Leyla Şirinova ifadə veriblər. 

Movqe.az-ın istintaq davam etdiyi üçün Elinanın rəfiqəsinin və anası Leyla Şirinovanın ifadəsini açıqlamayıb. Amma qızının rəfiqəsinin ölümündən hədsiz hiddətlənən ana AVAAZ.ORG saytı vasitəsilə başladılan petisiyada məktəbin direktoru Sevinc Abbasovanın və Elinanı zəhərləyən müəllimlərin cəzalandırılmasını xahiş edib.