Melaniya Putin və Tramp görüşünə müdaxilə edə bilmədi

Melaniya Putin və Tramp görüşünə müdaxilə edə bilmədi

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin dünən ilk dəfə Almaniyanın Hamburq şəhərində bir araya gəliblər.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, 30 dəqiqə planlaşdırılan görüş 2 saat 16 dəqiqə davam edib. Görüşdə Donald Tramp, Vladimir Putin, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət kativi Reks Tillerson və 2 tərcüməçi iştirak edib. 

Dövlət başçılarının Suriya, Ukrayna, terrorizm və kiber təhlükəsizlik məsələlərini müzakirə etdiyi və cənub-qərbi Suriyada atəşkəs barədə razılıq əldə etdikləri bildirilir.

Tramp Putinlə tanışlığın şərəf olduğunu, telefonla hər şeyi müzakirə etməyin mümkünsüzlüyünü vurğulayıb. 

Görüş nəzərdə tutulandan çox davam etdiyi üçün qapı arxasında gözləyənlər yarımçıq dayandırmaq istəyiblər, hətta bu məqsədlə Melaniya Tramp da otağa daxil olub, lakin bu istəyə nail olmaq mümkün olmayıb.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR