Ölkə 14:57 06.07.2020

Mələk Heydərovanı işdən çıxaran kanal rəhbəri: "Kim olursa, olsun..."

"Baku TV”nin rəhbəri Orxan Məmmədov sosial şəbəkədə aparıcı-aktrisa Mələk Heydərovanın karantin qaydalarını pozaraq "Fairmont Baku” otelində istirahət etməsi və onun işdən çıxarılmasından yazıb. 

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, o, M.Heydərovanın işdən çıxarılmasını təsdiq edib və aparıcıya uğurlar arzulayıb:

"Dünən yüzlərlə insan məni paylaşımlara "taq”elədi. Qısaca olaraq açıqlama verim. Əməkdaşımız məzuniyyətdə olub və gedib istirahət edib. Bizim hər hansı bir əməkdaşımızın məzuniyyətdə olarkən ona qadağalar qoymağa ixtiyarımız yoxdur.

Amma kim olursa, olsun, əziyyətlə qaldırdığımız "BAKU TV”nin imicinə xələl yetirirsə və ən əsası dövlətimin qoyduğu qanunu pozursa, buna reaksiya verməyə bilməzdik. Mələk yaxşı işçi idi, ona uğurlar arzu edirəm”.

Mələk Heydərova isə musavat.com-a açıqlamasında bildirib ki, işdən çıxarılması barədə danışmaq istəmir.