Xəbər lenti

Məleykə Əsədova xalq artistini nəvələrini oğurlatdırmaqla hədələdi (İDDİA)
Maqazin 16:47 19.12.2017

Məleykə Əsədova xalq artistini nəvələrini oğurlatdırmaqla hədələdi (İDDİA)

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı qaldırdığı təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Natavan Tağıyevanın icraatında olan prosesdə iştirak edən R.Məlik M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırıb və onu təhqir etdiyini bildirib.

R.Məlikin iddiası icraata qəbul edilib.

Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb: "Məleykə xanım deyib ki, Ramiz Məlik onun validyenlərinin qəbri üstündə diz çöküb üzr istəsə, onu bağışlayacaq”.

Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib: "Mən geyindiyi şortikə görə özünə yazıb irad bildirmişəm. Bunu da teatrın adına söz gəlməməsi üçün etmişəm. Sonra Məleykə evə zəng edərək yoldaşıma deyib ki, nəvələrimi oğurlatdıracaq və məni təhqir edib. Mən artıq bu məsələyə son qoyulmasını istəyirəm”.

Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təqhir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->