Maqazin 12:31 17.05.2018

Məleykə Əsədovadan üzücü xəbər: "Həkim deyir ki..."

Xalq artisti Məleykə Əsədovanın ürəyində ciddi problem yaranıb.

Qaynarinfo aaxşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O bildirib ki, xalq artisti Məleykə Əsədovanın ürəyində problem var.

Proqramda qonaq olan aktrisa hətta həkimin ona dəfələrlə qadağa qoyduğunu söyləyib:

"Biz sənət fədayiləriyik. Bir insan öz taleyini güclə yaşıyır. Biz isə səhnədə nə qədər insan taleyi yaşayırıq. Mənim obrazlarım da çətindir. Həkim dəfələrlə deyir ki, sənə ağır rollar olmaz, oynama".