Ölkə 15:44 25.04.2019

Memarlar İttifaqının sədri: “İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə İçərişəhərdə aparılan tikinti işlərinə münasibət bildirməkdən imtina edib.

O, "Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib: "Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.