Siyasət 18:56 31.10.2019

Məmmədyarov-Mnatsakanyan görüşünün vaxtı və yeri dəqiqləşdi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada görüşəcək.

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Tomas Qreminqer açıqlama verib.

Onun sözlərinə görə, görüş ATƏT-in xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq. Qreminqer görüşün danışıqlar prosesinə yeni impuls verəcəyinə ümidini ifadə edib.