Siyasət 18:30 09.11.2018

Məmmədyarov Parisə getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə yola düşüb.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd Birinci Dünya müharibəsinin bitməsinin yüzillik mərasimi və Paris Sülh Forumunda iştirak etməkdir.