Video 16:32 27.03.2018

Məmur yanğına görə diz çöküb, üzr istədi (VİDEO)

Rusiyanın Kemerov vilayətinin vitse-qubernatoru Sergey Çivilev ticarət mərkəzində 64 nəfərin ölümünə səbəb olan yanğına görə hər kəsin önündə diz çökərək üzr istəyib.

Qaynarinfo xəbər verir ki, Kemerov vilayətinin əsas meydanında 7 saat davam edən mitinqdən sonra vitse-qubernator iştirakçılara müraciət edib. Diz çökən Sergey Çivilev "Mən sizdən üzr istəyirəm” deyib. 

İnsanlar isə onun bu addımını alqışlayıblar və daha sonra bir çoxu meydanı tərk etməyə razı olub.

Aydın