İdman 14:45 21.11.2013

“Mən yaxşı oğlanam”

“Milan”ın dəcəl oğlanı Mario Balotelli yenə maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, Balotelli gələcək planları haqqında jurnalistlərə məlumat verib: “Milan”da özümü çox rahat hiss edirəm və buranı tərk etmək fikrim yoxdur. Son zamanlar qol vurmaq məsələsində biraz çətinliyim yaranıb ancaq tez bir zamanda bunun da öhdəsindən gələcəm. Mən yaxşı oğlanam. Amma hər saniyə də elə qalmaq olmur ki. Həmyaşıdlarımın edə bildiyi çox şeyləri, mən rahatlıqla həyata keçirə bilmirəm. Səhv edə bilmirəm Yaxşı olmalıyam”

Qaynar.info