Maqazin 18:24 20.12.2019

"Məni deputat kimi qarşılayırlar" - Bəhram Bağırzadə

"Milli Məclisə gedən deyiləm. Atama söz vermişəm, siyasətlə məşğul olmayacam. Amma demədim deputat olmayacam".

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "3D" verilişində söyləyib. Aktyor deputatlığa namizədliyini irəli sürüb-sürməməsi ilə bağlı suala belə cavab verib:

"Böyük bir təcrübəm olar, hiss edərəm hazıram, onda gələcəkdə namizədliyimi verə bilərəm. İndi bu düzgün deyil. Bizdən qat-qat savadlı insanlar var. 125 nəfərin içində Bəhram Bağırzadənin kiminsə yerini tutması cinayətdir.

Həyatımda hörmət də, izzət də var. Deputat kimi qarşılayıb yola salırlar. Allah mənə güc, imkan versin Bakıda uşaqlar üçün kitab mağazam olsun. Şənbə və bazar günü uşaqları qəbul edim. Qocalığımı belə görürəm".

Bağırzadə Azərbaycan futbolunun hazırkı durumunu kəskin şəkildə tənqid edib. "Araşdırmaya başladıldı, klub rəhbərlərinin saxlanması halları yaşanır. Dəyişiklik olacaq" sualına aktyor "Dəyişməlidir də... Biz oboyları dəyişirik, o məşqçini çıxarıb, bunu gətiririk. Bunları kökündən dəyişməliyik" sözləri ilə reaksiya verib.