Sənət 15:22 17.12.2021

Mənsum İbrahimov İsveçə getdi

Xalq artisti, muğam ifaçısı Mənsum İbrahimov İsveçə səfər edib.

Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Sənətçi bildirib ki, Nizami ili ilə bağlı İsveçdə iki konsert proqramı ilə çıxış edəcək.

Onlardan biri dekabrın 17-də Stokholmda, ikincisi isə dekabrın 19-da Malmoda olacaq.

Mənsum İbrahimovla birlikdə Xalq artisti Elçin Haşımov, Əməkdar artist Elnur Əhmədov, Kamran Kərimov da çıxış edəcək.

Bahar Rüstəmli