Sənət 10:01 11.09.2021

Mənsum İbrahimovun oğlu universitetə qəbul oldu (FOTO)

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub.

Qaynarinfo xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:

"Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalında ali məktəblərə qəbul olan bütün tələbələri ürəkdən təbrik edirəm. Xeyirli və uğurlu olsun".

Qeyd edək ki, Xalq artistinin 3 qız övladı da var.