Foto 19:03 20.02.2019

Meqan Markl kral ailəsinin daha bir qaydasını pozdu (FOTOLAR)

Sasseks hersoginyası Meqan Markl kral ailəsinin qaydalarını növbəti dəfə pozub.

Qaynarinfo xəbər verir ki, 7 aylıq hamilə Markl Nyu Yorka səyahət edərək dostları ilə körpəsi üçün "Baby shower" əyləncə günü təşkil edib. Britaniya kral ailəsində belə bir əyləncə günü ənənəsi mövcud deyil. Hersoginya səfərini mediadan gizlətməyə çalışsa da, buna nail ola bilməyib. 

Qeyd edək ki, keçmiş aktrisa Meqan Markl Şahzadə Harri ilə nikahından sonra ilk dəfə vətəni ABŞ-a səfər edib.

Gülşən