Dünya 15:30 23.12.2018

Meqan şahzadəyə ova getmək icazəsi verdi

Sasseks hersoginyası Meqan Markl həyat yoldaşı Şahzadə Harriyə Kral ailəsinin ənənəvi ov mərasiminə qatılmağa icazə verib.

Qaynarinfo xəbər verir ki, İngiltərə mediası heyvansevər Marklın Harriyə bu mərasimdə iştirakı qadağan etdiyini iddia edirdi. Bu səbəbdən Markl Kral ailəsində dəyişikliyə cəhddə ittiham edilirdi. Bildirilir ki, hersoginya Britaniya əhalisi və medianın hədəfinə tuş gəlməmək üçün geri addım atıb.

Gülşən