Foto 15:59 03.06.2018

Meqan toydan sərvət qazandı: 1 milyonluq zinət əşyaları... (FOTOLAR)

Ötən ay İngiltərə şahzadəsi Harri ilə evlənən akstrisa Meqan Marklın toydan əldə etdiyi qazanc açıqlanıb.

Qaynarinfo xəbər verir ki, toy hədiyyələri və İngiltərə Kraliçasının Markla verdiyi zinət əşyalarının ümumi dəyəri təxminən 1 milyon funt-sterlinqə yaxındır.
 
Sasseks hersoqinyasının zinət kolleksiyasına 140 min funtluq nişan üzüyü, 241 min funtluq brilyant bilərzik, Kraliça II Elibazetdən aldığı 450 min funt dəyərə sahib tac daxildir. Siyahıya toydan əvvəl və sonra verilən dəyərli əşyalar da aiddir. Kolleksiyanın ən dəyərli hissələri tac və Harrinin anası Şahzadə Diananın brilyantlarından hazırlanmış nişan üzüyü hesab edilir.

Meqan və Harri cütlüyü şirkətlər tərəfindən reklam məqsədilə göndərilən 7 milyon dəyərindəki zinət əşyalarını geri göndərib. 

Gülşən