İtaliyanın "Juventus” komandası yarımmüdafiədə daha yaradıcı bir heyət qurmaq üçün "Barselona” formasını geyən İvan Rakitiçi transfer etmək istəyir.
Qaynarinfo "Calciomercato”ya istinadla xəbər verir ki, yanvar ayında İvan Rakitiçin heyətinə qatılmasını təklif edən İtaliya nəhəngi Merih Demiral və Rugani cütlüyündən birini Kataloniya təmsilçisinə təklif edib.
Jerard Pikenin yaşının artması ilə bağlı gənc və uzun müddət forma geyə biləcək bir müdafiəçiyə ehtiyacı olan "Barselona”nın sözü gedən təklifi qəbul etməyə isti baxdığı iddia edilir.
Xəbərdə həmçinin "Barselona”nın Federiko Bernardeçi ilə də maraqlandığı və yanvarda iki komanda arasında mütləq bir alqı-satqı baş tutacağı deyilir.
Alpər
Şərhlər