Dünya 17:19 23.08.2018

Merkel Tbilisidədir

Almaniya kansleri Angela Merkel Gürcüstanda rəsmi səfərdədir. 

Qaynarinfo report-a istinadən xəbər verir ki, onu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri David Zalkaliani və bu ölkənin Almaniyadakı səfiri Elquca Xokrişvili qarşılayıblar. 

A.Merkelin Gürcüstanın baş naziri Mamuka Baxtadze və prezident Giorgi Marqvelaşvili ilə görüşü nəzərdə tutulub. 

Qeyd edək ki, Almaniya kansleri Gürcüstandan sonra Ermənistan və Azərbaycana da səfər edəcək.