Dünya 17:48 21.01.2021

Merkeldən Kremlə çağırış: “Navalnını təcili buraxın”

Alman hakimiyyəti tam heyətlə Moskvadan müxalifətçi Aleksey Navalnının dərhal sərbəst buraxılmasını tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu haqda kansler Angela Merkel bildirib.

"Əlbəttə ki, Navalnının dərhal sərbəst buraxılmasına çağırıram. Bütün federal hökumətin istədiyi şey budur”, - o deyib.

Xatırladaq ki, siyasətçi Berlində müalicə alıb. Navalnı Tomsk səfəri zamanı məruz qaldığı ölümcül "Noviçok"dan zəhərləndiyi bildirib. Reabilitasiyadan keçdikdən sonra Navalnı Rusiyaya qayıdıb və dərhal saxlanılaraq, ertəsi gün həbs olunub. Federal Penitensiar Xidməti  (FSIN) həbs cəzasını müxalifətçinin "İv Roşe” işi üzrə şərti cəza qaydalarına əməl etməməsi ilə əsaslandırıb.

Alpər