Ekonomiks 17:35 04.09.2015

Mərkəzi Bank 1.2 milyard dollar itirdi

Azərbaycanın Mərkəzi Bankı 31.08.2015-ci il tarixinə valyuta ehtiyatlarının məbləği barədə məlumatı açıqlayıb.

“Marja” xəbər verir ki,  Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.

EHTİYATLARININ 52 FAİZİ "ƏRİYİB"

Ötən ilin İyul ayından Mərkəzi Bankın valyuta ehtiyatları azalırdı. Ehtiyatların azalmasının dayandırılması üçün manatın devalvasiyası reallaşdırılmışdı. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı.  Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə  7 milyard 847,8 milyon dollar və ya 51,7% azdır.

Qeyd edək ki, Avqustun sonlarında Azərbaycan əhalisi 2-ci devalvasiyanın olacağından narahat idi. Həmin günlər əhali tərəfindən xeyli məbləğdə valyuta alınmışdır.

Qaynar.info