Ekonomiks 10:12 16.03.2018

Mərkəzi Bank uçot dərəcəsini aşağı salacaq

Azərbaycan Mərkəzi Bankı aprel ayında keçiriləcək iclasında uçot dərəcəsini aşağı sala bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə AMB-nin idarə heyətinin sadr müavini Aftandil Babayev Reuters-ə açıqlamasında deyib. O, bildirib ki, uçot dərəcəsini bir qədər də aşağı salmaq üçün imkan var.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15 faizdən 13 faizə, faiz dəhlizinin yuxarı həddinin 18 faizdən 16 faizə, aşağı həddinin isə 10 faizdən 8 faizə endirilməsi barədə qərar qəbul etmişdi.