Ekonomiks 17:51 03.02.2018

Mərkəzi Bankın valyuta ehtiyatları 5,3 milyard dollara çatıb

"Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”. 

Mərkəzi Bankdan Qaynarinfo-ya verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən  4,2 milyard dollar artaraq ilin sonuna  42 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5,3 mlrd. ABŞ dolları təşkil edib”, - deyə E.Rüstəmov vurğulayıb.