Maqazin 16:55 03.09.2018

Məşhur aktyor ARB TV-də aparıcılıq edəcək

Yeni mövsümdə daha fərqli və maraqlı proqramlarla izləyicilərin qarşısına çıxmağa hazırlaşan ARB telekanalında daha bir aparıcının adı məlum olub.

Qaynarinfo xəbər verir ki, məşhur aktyor Elcan Rəsulov yeni mövsümdən etibarən ARB TV-də aparıcılıq edəcək.

Hələ ki, adı açıqlanmayan proqramın yaxın zamanlarda efirdə olması gözlənilir.