Məşhur aktyor Bakıya gəldi - VİDEO

Məşhur aktyor Bakıya gəldi - VİDEO

20 Yanvar hadisələrini əks etdirən və Vahid Mustafayevin rejissoru olduğu “Qanlı Yanvar” filminin premyerası keçiriləcək. Təqdimat Nizami Kino Mərkəzində baş tutacaq.

ANS TV-nin məlumatına görə, filmdə iştirak edən yaradıcı heyət Bakıya gəlməyə başlayıb. Artıq İrandan olan nümayəndə heyəti Bakıdadır. Bir qədər əvvəl isə filmdə rol almış məşhur amerikalı aktyor Leyn Devis də Bakıya gəlib.

Aktyor Leyn Devis: "Filmdəki Viktor rolu məni Qərb fikrini tanıtmağa yardım etdi. Hadisələr baş verən zaman kifayət qədər işıqlandırılmayıb. Bu film mənə imkan verdi ki, Qərb insanının fikrini bu hədisələrdə göstərim. Həmçinin Qarbaçov bu hadisələri özünün səhvi olduğunu etiraf edib. Lakin o zaman Qərb liderləri onu bəyəndiyi üçün bu hadisələrə göz yumulmuşdu”.

Qeyd edək ki, filmdə ana obrazını canlandırmış türkiyəli aktrisa Nəbahət Çehrə də filmin təqdimatında iştirak edəcək.

Xatırladaq ki, yanvarın 20-dən isə “Qanlı Yanvar” filminin ümumxalq nümayişi başlayacaq. Film paytaxt Bakı daxil olmaqla respublikanın 11 şəhərində nümayiş etdiriləcək.


Qaynar.info
XƏBƏRLƏR
BLOGLAR