Dünya 14:00 04.11.2017

Məşhur aktyor barədə cinsi zorakılıq istintaqı

İngiltərədə məşhur amerikalı aktyor Kevin Speysi barədə istintaq prosesinə start verilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2008-ci ildə baş verən hadisədə 23 yaşlı gənc Speysi tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirərək polisə müraciət edib. Şikayətlə əlaqədar həbs qərarı verilməyib. İstintaq prosesi yenidən start götürüb.

Qeyd edək ki, amerikalı aktyor Antoni Rəpp ötən həftə 14 yaşı olan zaman Kevin Speysi tərəfindən cinsi zorakılığa məruz qalması barədə danışmış, hadisədən sonra Speysi açıqlama verərək bunun içkili olan zaman baş verdiyini, xatırlamadığını və təəssüf hissi keçirdiyini deyərək üzr istəmişdi. Rəppin bu açıqlamasından sonra Speysinin baş rol çıxış etdiyi "House of Cards" serialı yayından qaldırıldı və serialda aktyorla birgə çalışan 8 nəfər də cinsi zorakılıq iddiası ilə çıxış etdi.

Gülşən
Qaynarinfo.Az