Məşhur aktyor intihara cəhd etdi - Arvadı onu atıb deyə

Məşhur aktyor intihara cəhd etdi - Arvadı onu atıb deyə

Rusiyalı məşhur aktyor Aleksey Panin özünü öldürmək istəyib. 

Qaynar.info anspress-ə istinadən xəbər verir ki, bir çox sevilən filmlərdə rol alan aktyor çox sayda həblər qəbul edib. Aleksey həkimlərin köməyi ilə həyata qaytarılıb. Buna səbəb olaraq isə aktyorun həyat yoldaşının onu tərk etməsi olub: "Dərmanlar içdim, halım çox pisləşdi, ondan sonra özüm təcili yardıma zəng etdim evə çağırdım. Onlar mənə kömək etdilər, mədəmi yudular, sistem qoşduqdan sonra, özümə gətirdilər", - deyə aktyor bildirib. Bundan əlavə olaraq o bildirib ki, bundan sonra yalnız anası və qızı üçün yaşayacaq. Həyat yoldaşı Lyudmila olmadan necə yaşa biləcəyi barədə hələ ki, heç bir fikri yoxdu.

"Sevimli qadınım məni tərk edib gedib, onsuz necə yaşayacam bilmirəm. Qutularla "Fenazepam" həbi qəbul etmişəm. özümü çox pis hiss edirdim, amma indi də yaxşı olduğumu deyə bilmərəm". Aktyor bildirib ki, Lyudmila boşanmaq istəsə də o, buna razılıq verməyəcək: "Lyudmila hər zaman mənim arvadım olaraq qalacaq, qəbirdə belə evlilik üzüyüm ilə yatacam. Mənim qarşımı anam və qızım saxlayıb, düşünürəm ki, mən gərək dəlilik edib bir dəqiqə də həyatımın üstündən xətt çəkməyim" - deyərək məşhur aktyor Aleksey Panin fikirlərini bildirib.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR