Dünya 17:15 09.07.2019

Məşhur aktyora qarşı seksual zorakılıq ittihamı ləğv oluna bilər

Amerikalı aktyor Kevin Speysi əleyhinə seksual zorakılıq ittihamı ilə başlanan məhkəmə prosesi sübut azlığına görə bağlana bilər.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, aktyora qarşı iddia ilə çıxış edən Uilyam Litl adlı şəxs məhkəmədə iştirak etməkdən imtina edib. 21 yaşlı gəncin sözlərinə görə, K.Speysinin ona qarşı etdiyi seksual məzmunlu hərəkətləri telefon vasitəsilə qeydə alıb, lakin həmin telefon yoxa çıxıb. Mövcud vəziyyət məhkəmə prosesinin sonlanması və ittihamların düşməsinə səbəb ola bilər.

Xatırladaq ki, Vilyam Litlın iddiasına görə, aktyor 2016-cı ildə onun 18 yaşı olan zaman Massaçusetsin Nentaket adasında yerləşən gecə klubunda seksual məzmunlu hərəkətlər edib. Gənc 2017-ci ildə bu barədə ictimaiyyətə məlumat vermişdi. Daha əvvəl aktyor Antoni Repp, həmçinin digər şəxslər Kevin Speysiyə qarşı oxşar iddialarla çıxış edib.

Gülşən