Dünya 18:07 06.08.2018

Məşhur aktyorun vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi

Türk filmlərinin sevilən aktyoru Cüneyt Arkının səhhəti pisləşib.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor tənəffüs sistemində sistemində yaranan problem səbəbindən təcili xəstəxanaya yerləşdirilib. Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkən aktyorun müalicəsi davam edir.

Xəstəxananın baş hakimi, millət vəkili Dr. Həyati Arkaz C.Arkının vəziyyəti barədə açıqlama verib:

"Cüneyt bəy dünən 16:00-da xəstəxanaya gətirilib. Özündə deyildi. Həm ürək, həm də ağ ciyər çatışmazlığından əziyyət çəkir. İlkin müdaxilədən sonra reanimasiyaya yerləşdirilib. Vəziyyəti getdikcə yaxşılaşır. Bu gün 10:00-da danışdıq, əlimi sıxdı. Böyük ehtimalla bir neçə günə palataya yerləşdiriləcək. Nə olacağı bəlli olmaz. Amma əlimizdən gələni edirik", - deyə o, bildirib.