Dünya 10:47 12.02.2019

Məşhur aparıcı helikopter qəzasında öldü

Braziliyalı məşhur xəbər aparıcısı Rikardo Boeşat helikopter qəzasında həyatını itirib.

Qaynarinfo xəbər verir ki, "TV Band" kanalında xəbər və radio verilişi aparan 66 yaşlı jurnalistin mindiyi helikopter Sao Pauloda yük maşınına çırpılıb. Hadisədə Boeşat və pilot həyatını itirib, sürücü isə yaralanıb. 

Braziliyanın ən nüfuzlu 3 jurnalist mükafatına sahib Rikardo Boeşatın ölümü ölkədə böyük məyusluqla qarşlanıb. Jurnalist tərəfindən tez-tez tənqid atəşinə tutulan ölkə rəhbəri Jair Bolsonaro aparıcının ölümü ilə əlaqədar başsağlığı verib.

Gülşən