Video 16:56 02.11.2017

Məşhur "Aşka geldik" komediyası Bakı kinoteatrlarında - TƏLƏSİN

Son vaxtlar Türkiyə və Azərbaycanın media gündəmindən düşməyən "Aşka geldik" komediyası bu gündən Bakı kinotetarlarında nümayişə çıxıb.

Azərbaycan-Türkiyə kinematoqrafçılarının ortaq layihəsi olan "Aşka geldik" komediyasını "Cinema Plus"-un bütün kitotetarlarında izləmək mümkündür.

Filmin rejissoru Türkiyənin tanınmış isimlərindən Muharrem Özabat, sssenari müəllifi Həsən Əliyev, bəstəkarı isə Yıldıray Gürgendir.

Baş rollarda Türkiyənin məçhur aktyoları Metin Yıldız və Şener Kökkaya, habelə Azərbaycanın ən populyar komediya aktyoru Fərda Xudaverdiyev çəkilib.

Filmdə həmçinin Türkiyənin tanınmış aktyorları Yakup Yavru, Abdullah Şahin, Ali Tutal, Hüseyin Elmalıpınar, Gönül Dilan, Dilek Denizdelen, Erol Taşçı, Murat Bozaslan və başqaları yer alıb.

Filmdə diqqət çəkən məqamlardan biri də Türkiyənin tanınmış müğənnisi Faruk K.-nın da rol almasıdır. Onun məhz bu film üçün oxuduğu və filmin adıyla adlandırılan "Aşka geldik" mahnısı son günlər "Youtube" kanalında milyonlarla insan tərəfindən izlənilib. 
 


Filmin mövzusu isə Türkiyənin ucqar və texnologiyadan uzaq bir kəndində, dünyadakı bütün hadisələrindən uzaq və sakit bir həyat sürən insanların arasına Avropadan bir xarici qonağın gəlməsi ilə yaranan komik hadisələr zəncirindən ibarətdir.

Həm Türkiyə və Azərbaycan üçün aktual ictimai mövzusu, həm də usta aktyorların oyunu filmin Türkiyədəki kimi Azərbaycanda da seviləcəyini deməyə əsas verir.

Qeyd edək ki, film Azərbaycanın "Favori Production" tərəfindən ərsəyə gətirilib və noyabrın ilk həftəsində Bakı kinoteatrlarında nümayişə çıxacaq.

Qaynarinfo.Az